Publika.az xəbər verir ki, qurum həmin görüşdə Madrid klubunun ulduzu Vinisius Juniorun ünvanına səsləndirilən irqçi təhqirləri qınayıb.
“La Liqa istənilən formada irqçi təhqirləri pisləyir. Meydanda və meydandan kənarda nifrətə yer yoxdur. Vinisius, La Liqa sənin yanındadır. Futbolumuzun gücü irqçiliyə qarşıdır”, - deyə bildirilib.
Qeyd edək ki, braziliyalı futbolçunun oyundan öncə isinmə zamanı “Albasete” azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qaldığı barədə məlumatlar yayılıb.