Medianews.az
 Qəhvənin düzgün istifadəsi sağlamlığa faydalıdır -
134 baxış

Qəhvənin düzgün istifadəsi sağlamlığa faydalıdır - Mütəxəssislər açıqladı

Qəhvə günə başlamaq, ara söhbətlərinə qoşulmaq və axşam yorğunluğunu azaltmaq üçün geniş istifadə olunur. Bəzi insanlar qəhvənin sağlamlığa zərərli olduğunu düşünür, bəziləri  isə fincan-fincan içir.

Medianews.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, doğru miqdarda və düzgün vaxtda istehlak edildikdə qəhvə sağlamlıq üçün faydalı hesab olunur.

Mütəxəssislər gündə 400 milliqram kafeini keçməmək şərti ilə qəhvənin faydalı olduğunu bildirir.

Onların fikrincə:

  • Beyin fəaliyyətini dəstəkləyir: Qəhvə diqqət və yaddaşı artırır, depressiya riskini azaldır. Parkinson və Alzheimer xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.
  • Qaraciyəri gücləndirir: Yağlı qaraciyər və siroz riskini azaldır. Qaraciyər və kolon xərçəngi riskini aşağı salır.
  • Ürək sağlamlığını qoruyur: Düzgün istehlak ürək tutması və insult riskini azaldır, ürək səbəbli ölüm nisbətlərini aşağı sala bilir.
  • Metabolizmi dəstəkləyir: Tip 2 diyabet riskini azaldır, metabolizmin sürətlənməsinə kömək edir.

Diqqət ediləcək məqamlar:

  • Qəhvənin miqdarı əsasdır; həddən artıq kafein faydaları əks təsirə çevirə bilər.
  • Aç qarına içməkdənsə sağlam səhər yeməyindən sonra içmək tövsiyə olunur.
  • Filtr qəhvə və dəmləmə üsulu ilə hazırlanan qəhvələr daha sağlamdır. Granül və hazır paket kahvelər kimyəvi tərkibi səbəbindən az faydalıdır.

 Medianews.az

Bizə qoşulun