Medianews.az
Fransa millisinin keçmiş üzvü Mamadu Sako
88 baxış

Fransa millisinin keçmiş üzvü Mamadu Sako karyerasını başa vurdu

Fransa millisinin, "Liverpul" və PSJ-nin keçmiş müdafiəçisi Mamadu Sako 35 yaşında karyerasını başa vurduğunu elan edib.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, Sako ötən ilin yanvar ayında Gürcüstanın "Torpedo Kutaisi" klubundan ayrıldıqdan sonra klubsuz qalmışdı.

Qeyd edək ki, Fransa millisinin heyətində 29 dəfə meydana çıxan futbolçu PSJ akademiyasının yetirməsidir. O, 2012-13 mövsümündə Liqa 1 titulunu qazanan komandada yer alıb.

Bizə qoşulun