Medianews.az
İlham Əliyev Ağdərə rayonuna səfəri zamanı Çapar kəndindəki ailənin qonağı olub
65 baxış

İlham Əliyev Ağdərə rayonuna səfəri zamanı Çapar kəndindəki ailənin qonağı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonuna səfəri zamanı Çapar kəndində Kəmalə Dadaşovanın ailəsinə baş çəkib və yaşayış şəraiti ilə maraqlanıb.

Medianews.az xəbər verir ki, doğma yurduna qayıtmasından sonsuz qürur duyduğunu bildirən Kəmalə Dadaşova Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Dövlətimizin başçısı Kəmalə Dadaşovanı yeni evinə köçməsi münasibətilə bir daha təbrik edib.

Həmin görüntüləri təqdim edirik:

Bizə qoşulun