Medianews.az
Azərbaycanın üç boksçusu İslamiadada
62 baxış

Azərbaycanın üç boksçusu İslamiadada finala yüksəlib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında yarımfinal döyüşləri başa çatıb.

"Report" xəbər verir ki, Azərbaycan millisinin 3 idmançısı qələbə qazanaraq finala yüksəlib.

Məhəmmədəli Qasımzadə (60 kq) Tamer Almatrfini (Səudiyyə Ərəbistanı) ilk raundda məğlub edib. Tam üstünlüklə qalib gələn boksçumuz finalda Madiyar Daniyarovla (Özbəkistan) üz-üzə gələcək.

Səidcəmşid Cəfərov (80 kq) yarımfinalda Husseyn İaşaişdən (İordaniya) güclü olub – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). O, qızıl medal uğrunda Sultan Osmanlı (Türkiyə) ilə döyüşəcək.

Aynur Mikayılova (57 kq) isə Noura Abunabı (Fələstin) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Boksçumuz finalda Xumorabonu Mamajonova (Özbəkistan) ilə qarşılaşacaq.

Digər boksçularımızdan Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) İslamiadada bürünc medal qazanıblar.

Qeyd edək ki, sabah keçiriləcək final döyüşlərində Nərgiz Zeynalova (54 kq) da rinqə çıxacaq. Boksçumuzun rəqibi Ayşen Taşkın (Türkiyə) olacaq.

Bizə qoşulun