Medianews.az
Bakı-Qazax yolunda hərəkət dayanıb -
83 baxış

Bakı-Qazax yolunda hərəkət dayanıb - SƏBƏB

"M2 - Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, təmir işləri icra olunur".

Bu barədə Oxu.Az-ın sorğusunu cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

"Təmirlə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - məlumatda deyilir.

18:56

Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində nəqliyyat sıxlığı müşahidə olunur.

Oxu.Az xəbər verir ki, avtomobil yolunda hərəkət demək olar ki, dayanıb. Sürücülər uzun tıxacla üzləşiblər.

Tıxacın səbəbi hələ ki bilinmir.

Görüntünü təqdim edirik:

Bakı-Qazax yolunda hərəkət dayanıb - SƏBƏB

Bakı-Qazax yolunda hərəkət dayanıb - SƏBƏB

Bizə qoşulun