NHL klubu “Ottava”nın ilk baş meneceri Mel Bricmen vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Onun 70 yaşı vardı.
Bricmen oyunçu kimi NHL-də 14 mövsüm keçirdi. O, ilk ümumi hesabda 1975-ci ildə “Filadelfiya” tərəfindən seçilib. Forvard həmçinin “Kalqari”, “Nyu-Cersi”, “Detroyt” və “Vankuver”də də oynayıb. O, 977 müntəzəm mövsüm oyununda 701 xal (252 qol, 449 asist) və 125 pley-off oyununda 67 xal (28 qol, 39 asist) toplayıb.
1991-ci ildə Bricmen yeni qurulan “Ottava”nın baş meneceri olub, 1992-93 mövsümünün sonuna qədər bu vəzifəni tutub.