İran görünməmiş quraqlıqla üzləşir və bu, Tehranın təxliyəsinə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin payızında ölkənin 31 əyalətinin təxminən yarısında - 15-də yağış yağmayıb. Yağıntı səviyyəsi görünməmiş dərəcədə aşağı, son yüz ilin minimumuna yaxınlaşır. Su çatışmazlığı səbəbindən İran hakimiyyəti gecə suyun verilişində məhdudiyyətlər tətbiq edir.
Həmçinin İranın ikinci ən böyük şəhəri olan Məşhəddə şəhəri təmin edən dörd su anbarında ehtiyatı 3%-ə düşüb.
Qeyd edək ki, bundan öncə İran prezidenti Məsud Pezeşkian da Tehranda quraqlıqla bağlı fəlakətli vəziyyətin olduğunu söyləmişdi.