Noyabrın 10-da Yer kürəsində mülayim maqnit qasırğası proqnozlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-də günəşdə baş vermiş partlayışla əlaqədar noyabrın 10-u səhər mülayim maqnit qasırğası gözlənilir.