Medianews.az
Omar Momanidən "Qarabağ" paylaşımı:
78 baxış

Omar Momanidən "Qarabağ" paylaşımı: "Şir"i belə boğdular - FOTO

Məşhur karikaturaçı Omar Momani növbəti əsərini “Qarabağ” komandasına həsr edib.

Publika.az xəbər verir ki, o, əsərini sosial media hesabında paylaşıb.

Karikatura "Qarabağ"ın UEFA Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə heç-heçə etdiyi matç (2:2) ilə bağlıdır.

Fotoda Ağdam klubunun futbolçusunun London təmsilçisinin rəmzi olan mavi şirə hücum etməsi və onu boğmağa çalışması əks olunub.

"Qarabağ" "Çelsi"yə qarşı oyunda döyüş ruhu, güc və qələbə ehtirası ortaya qoydu! Bu heç-heçə qalibiyyətə bərabər oldu”, - deyə Momani yazıb.

Qeyd edək ki, Omar Momani əsasən futbol mövzulu karikaturaları ilə tanınır.

Bizə qoşulun