Xalq artisti İlhamə Quliyevanın 10 gün əvvəl dələduzluq ittihamı ilə həbs edilmiş bacısı qızı Nigar Həsənova sərbəst buraxılıb.
Medianews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.
Nigarın vəkili İlqar Rüstəmov saytımıza açıqlamasında deyib ki, həbs qərarından verdiyi apellyasiya şikayəti təmin edilib.
Qeyd edək ki, cinayət işi üzrə 18 nəfər zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, zərərçəkmiş şəxslərə məxsus çoxu qızıl-zinət əşyaları olmaqla 810 min 337 manat ziyan dəyib.
