MMA döyüşçüsü Xamzat Çimayev maraqlı qərar verib.
O, çəkisini dəyişərək kəmər döyüşünə çıxacaq.
Xamzat yüngül ağır çəkidə İrji Proxazka ilə kəmər üçün üz-üzə gələcək.
Bu döyüş aprelin 11-də UFC327 tədbirində baş tutacaq və gecənin əsas qarşılaşması olacaq.
Çimayev son olaraq ötən ilin avqustunda Drikus Dyu Plessini məğlub edərək orta çəkidə kəmərin sahibi olmuşdu./Offsideplus.az/