Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı” mükafatı haqqında danışıb.
Medianews.az “Armenpress”ə istinadən xəbər verir ki, o, ümumi mükafat fondunun 1 milyon dollar olduğunu bildirib:
“Mükafatı bölüşdüyümüz üçün hər birimizə 500 min dollar (yarım milyon) veriləcəyi gözlənilir. Vəsait hələ köçürülməyib, lakin bu pulun hansı ictimai ehtiyaclara və ya xeyriyyə məqsədlərinə yönəldiləcəyi barədə düşünürük. Konkret qərar olanda bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, fevralın 4-də Əbu-Dabidə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı” mükafatı ilə təltif ediliblər. Hər iki lider regionda sülhün bərqərar olması, sabitliyin təmin edilməsi və əməkdaşlıq gündəliyini ardıcıl şəkildə irəli sürdüklərinə görə bu ali mükafata layiq görülüblər.