Medianews.az
Həbib İslamın Ağ Evdə
84 baxış

Həbib İslamın Ağ Evdə döyüşməsini istəmir

UFC Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədov bildirib ki, dostu və orta çəkidə (77 kq-a qədər) UFC çempionu İslam Maxaçovun iyunun 14-də Ağ Evdə keçirilməsi planlaşdırılan UFC tədbirində döyüşməsini istəmir.

Publika.az xəbər verir ki, Nurməhəmmədov bu barədə “Hustle Show” proqramı üçün jurnalist Adam Zubairayevə müsahibəsində deyib:

“Düzünü desəm, artıq orada kimin olmasının heç bir əhəmiyyəti yoxdur. İslam oradadırsa, bu, bizim üçün böyük hadisə olacaq. Amma şəxsən məndən soruşsanız, onun orada döyüşməsini istəməzdim. Niyə? Sadəcə, yox”.

Bizə qoşulun