Medianews.az
HAMAS: Trampın sülh yaratma potensialına güvənirik
157 baxış

HAMAS: Trampın sülh yaratma potensialına güvənirik

HAMAS Qəzzada sülhün bərqərar olunması ilə bağlı ABŞ prezidentinin potensialına güvənir.

APA xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Hazim Qasim “Al Arabiyya” kanalına danışıb.

O bildirib ki, ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsin əldə olunmasında əsas rolu oynayıb, lakin vəziyyət kövrək və ölümcül olaraq qalır.

HAMAS rəsmisi atəşkəsin əldə olunmasından bəri Qəzzada 420-dən çox insanın həlak olduğunu deyib.

Buna baxmayaraq, Hazim Qasim təşkilatın Trampın sülh potensialına güvəndiyini və ABŞ-ın İsraili sülhə məcbur edə biləcək yeganə ölkə olduğunu iddia edib.

Qeyd edək ki, HAMAS və İsrail arasında atəşkəs oktyabrın 10-da əldə olunub və təşkilat 28 israilli girovdan 27-ni İsrailə təhvil verib.

İsrail də öz növbəsində qaytarılan hər bir girov müqabilində 15 fələtinlini Qəzzaya təhvil verib.

Bizə qoşulun