Gələn həftə Yeni il münasibəti ilə yayımlanmayacaq serialların adları məlum olub.
Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Uzak şehir", “Kıskanmak”, “Eşref Rüya”, “Kuruluş Orhan”, “Sahipsizler”, “Veliaht”, “Kızılcık Şerbeti”, “Taşacak Bu Deniz”, “Güller ve Günahlar”, “Sahtekarlar”, “Teşkilat”, “Arka Sokaklar” serialları yayıma bir həftə fasilə verəcək.
Ekran işlərinin yeni bölümləri yanvarın 5-dən etibarən izləyicilərə təqdim olunacaq.