Medianews.az
Futbol hakimi keçmiş sevgilisini öldürüb, sonra isə... -
178 baxış

Futbol hakimi keçmiş sevgilisini öldürüb, sonra isə... - FOTOLAR

Bosniya və Herseqovinanın Mostar şəhərində dəhşətli hadisə baş verib.

Medianews.az xəbər verir ki, futbol hakimi Anis Kalaydziç keçmiş sevgilisi Aldina Jahiçi kafedə güllələyərək öldürüb.

Hadisədən sonra Kalaydziç intihar etməyə cəhd etsə də, silahın nasazlığı səbəbindən özünə zərər vura bilməyib və polis tərəfindən saxlanılıb.

İlkin məlumatlara görə, Kalaydziç keçmiş sevgilisini idman zalına gedərkən izləyib və pusquya salıb. Aldina Jahiç canını qurtarmaq üçün yaxınlıqdakı kafeyə qaçaraq polisə zəng etməyə nail olub. Lakin polis hadisə yerinə çatmazdan əvvəl Kalaydziç kafeyə daxil olub və ona atəş açıb. 32 yaşlı Jahiç hadisə yerində həyatını itirib.

Kalaydziç Bosniya və Herseqovina Federasiyasının Birinci Liqasında hakim kimi fəaliyyət göstərirdi və keçmiş futbolçu Avdo Kalaydziçin oğludur. Atası 1970–1990-cı illərdə Velez Mostar və Bursaspor kimi klublarda oynayıb, daha sonra məşqçilik edib və qısa müddət Bosniya və Herseqovina milli komandasının meneceri olub.

Yerli media bildirir ki, Anis Kalaydziç cəmi bir ay əvvəl aldığı təhdidlərə görə silah əldə edib və rəsmi qeydiyyatdan keçirib. İstintaqa yaxın mənbələr qətlin əvvəlcədən planlaşdırılmış ola biləcəyini istisna etmir. Polis qətlin onların münasibətlərinin bitməsindən qaynaqlandığını düşünür.

Hadisə ilə bağlı geniş istintaq başlayıb.

Medianews.az

Aldina Jahić

Aldina Jahić. Foto: Facebook

Aldina Jahić

Aldina Jahić

Futbol hakemi, eski sevgilisini kafede öldürdü ardından intihara kalkıştı

Futbol hakemi, eski sevgilisini kafede öldürdü ardından intihara kalkıştı

Futbol hakemi, eski sevgilisini kafede öldürdü ardından intihara kalkıştı

Bizə qoşulun