Bu gün gecə saatlarında evdə halı pisləşən Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil ölüb.
Mediannews.az-in Gununsesi.info-ya istinadən məlumatına görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovu mərkəzin tibb məntəqəsinə çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.