Medianews.az
Ermənistan Qarabağda döyüşən iki suriyalı döyüşçünü
110 baxış

Ermənistan Qarabağda döyüşən iki suriyalı döyüşçünü ölkələrinə qaytardı

14 yanvar 2026-cı il tarixində Ermənistan ərazisində ömürlük həbs cəzasına məhkum edilmiş Suriya vətəndaşları – Yusef Əlaabət əl-Hadji və Mühərrəb Məhəmməd əl-Şihrin ölkədən çıxarılaraq vətənlərinə təhvil verilib.

Musavat.com xəbər verir ki, məlumata görə, onlar Suriya hakimiyyətinə Türkiyə üzərindən verilib və cəzalarının icrasını Suriyada davam etdirəcəklər.

Ermənistanın Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, adıçəkilən şəxslər 44 günlük Qarabağ müharibəsi zamanı əsir götürülmüş və Ermənistan məhkəmələrinin qərarı ilə ömürlük həbsə məhkum edilmişdilər. Təhvilvermə prosesi tərəflər arasında mövcud hüquqi mexanizmlər çərçivəsində həyata keçirilib.

Bizə qoşulun