Medianews.az
“Brend marka” adı ilə satdığı saatlar saxta çıxdı -
49 baxış

“Brend marka” adı ilə satdığı saatlar saxta çıxdı - Polis saxladı

Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb.

Medianews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orijinal olmadığı ortaya çıxıb. Bu yolla vətəndaşın 5200 manatı ələ keçirilib. Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R. İsmayılovu saxlayıb.

Rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində isə talama cinayətinin qarşısı alınıb. Müştərinin mağazadan oğurluq etməyə cəhd göstərdiyindən şübhələnən satıcılar dərhal polisə məlumat verib və şübhəli bilinən 42 yaşlı A. Abışova saxlanılıb.
Araşdırmalar aparılır.

Bizə qoşulun