Ermənistanın Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb.
Rəsmi hesabata görə, oktyabrda xarici ticarət dövriyyəsi 2024-cü ilin eyni ayı ilə müqayisədə 37,1 faiz, ixrac 44,7 faiz, idxal 31,2 faiz azalıb.
Medianews.az bildirir ki, ümumi daxili məhsulda artım 10,1 faiz, tikinti sektorunda 20,1 faiz, sənaye istehsalında 17,9 faiz, xidmət sahəsində 12,8 faiz, elektrik enerjisi istehsalında 1,2 faiz, ticarət dövriyyəsində 1 faiz göstərilir.