Medianews.az
Erməni hərbçi aldığı güllə yarasından
73 baxış

Erməni hərbçi aldığı güllə yarasından öldü

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölüm hadisəsi qeydə alınıb. 

Medianews.az “Shamshyan.com”a istinadla xəbər verir ki, hadisə nəticəsində 19 yaşlı əsgər həyatını itirib.

İlkin məlumatlara görə, poliqonda güllə yarası alan əsgər, hospitala çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsində cinayət işi başlanıb.

Bizə qoşulun