Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə səfərdə olan Ukrayna lideri Volodimir Zelenskini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” yayıb.
***
Prezident Ərdoğan Zelenskini Prezident Kompleksinin girişində qarşılayıb.
Onlar Türkiyə və Ukrayna bayraqları qarşısında şəkil çəkdiriblər.
Daha sonra prezident Ərdoğan və Zelenski arasında görüş keçirilib.
Görüşdə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Qeyd edək ki, prezidentlər iş yeməyindən sonra birgə mətbuat konfransında açıqlamalar verəcəklər.