Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə mülki gəmilərə qarşı raket hücumları ilə bağlı kəskin açıqlama verib.
Milli.Az xəbər verir ki, Türkiyə lideri bu cür hücumların bölgədə gərginliyi daha da artırdığını vurğulayaraq Ankaranın məsələ ilə bağlı prinsipial və dəyişməz mövqe tutduğunu bildirib.
Ərdoğan qeyd edib ki, Qara dəniz hərbi qarşıdurma zonasına çevrilməməlidir və bu cür vəziyyət nə Rusiya, nə də Ukrayna üçün faydalıdır. Onun sözlərinə görə, bölgədə təhlükəsiz gəmiçilik bütün tərəflər üçün həyati əhəmiyyət daşıyır və bu prinsip qorunmalıdır.