Medianews.az
Energetik içkidə dərman tərkibindəki maddə
80 baxış

Energetik içkidə dərman tərkibindəki maddə AŞKARLANDI

Azərbaycana gətirilən energetik içkidən dərman tərkibindəki maddə çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Medianews.az-a bildirilib ki, "DBL Drink Diblong" əmtəə nişanlı (20.07.2025 - 20.07.2027 istehsal və son istifadə tarixli) energetik içki məhsulu partiyasında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub.

Bildirilib ki, məhsul Abbasov Sərxan Hüseynqulu oğlunun Türkiyə Respublikasından idxal etdiyi “Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi” müəssisəsinin istehsalı olub.

"Faktla bağlı qanunvericiliyə uyğun olaraq sözügedən məhsul partiyası məhv edilib. Həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub", - məlumatda qeyd edilib.

Bizə qoşulun