“Mərhum şahın oğlu Rza Pəhləvi çox xoş insan təsiri bağışlayır. Amma mənə elə gəlir ki, ölkə daxilindən birinin hakimiyyətə gəlməsi daha yaxşı olar”.
Medianews.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Mertslə görüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin İrana qarşı hücum ssenarisində ən pis ehtimalı belə şərh edib:
“Xamenei kimi yeni bir rəhbərin hakimiyyətə gəlməsi də mümkün ola bilər. Məncə, ən pis ssenari o olar ki, biz bunu edək və sonra əvvəlki qədər pis biri hakimiyyətə gəlsin, düzdür? Bu baş verə bilər. Biz bunun baş verməsini istəmirik”.
Qeyd edək ki, daha öncə “The Wall Street Journal” ABŞ Prezidenti Donald Trampın İrandakı mövcud hakimiyyəti devirmək üçün yerli müxalifət qüvvələrinə genişmiqyaslı dəstək verməyi planlaşdırdığını iddia edib.