"Android Authority" jurnalının redaktorları 2025-ci ilin ən pis smartfon istehsalçılarının adlarını açıqlayıblar.
Medianews.az xəbər verir ki, məqalə nəşrin saytında dərc olunub.
Mütəxəssislər Android smartfon istehsalçılarını bazar təsirlərinə əsasən sıralayıblar. Onlar HMD Global-ı ən pis telefon istehsalçısı adlandırıblar.
Bu, şirkətin bir çox bazarlardan çıxması və bir sıra cihazlara dəstəyin azalması ilə bağlıdır. Realme, diqqətəlayiq buraxılışların olmaması səbəbindən ondan aşağıda yer alıb, ardınca Sony gəlir. Yapon şirkəti rəqiblərinin modellərindən texniki xüsusiyyətlərinə görə daha aşağı olan bahalı smartfonlar buraxdığına görə tənqid olunub.
İli uğurla başa vuran cihaz istehsalçıları siyahısına Samsung, OnePlus, Google, Oppo və Xiaomi əlavə edilib.
Sonda portalın mütəxəssisləri 2025-ci ili Android smartfon bazarı üçün yaxşı il adlandırdılar. Onlar qeyd etdilər ki, ötən il güclü Snapdragon 8 Elite prosessorunun buraxılışı, istehsalçıların maqnit doldurma tətbiq etməyə başlaması və yüksək tutumlu silikon-karbon batareyaları olan telefonların əsas axına çevrilməsi ilə yadda qalıb.
Medianews.az