Müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı Murat Özdemirin Selahəddin Yılmazın rəhbərlik etdiyi cinayət dəstəsinə üzv olmaq ittihamı ilə həbs edildiyi iddia olunur.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özdemir avqust ayında da “Selahəddin Yılmaz Cinayət Dəstəsi” üzrə aparılan istintaq çərçivəsində saxlanılmış, daha sonra azadlığa buraxılmışdı.
Türkiyəli jurnalist Emrullah Erdinç sosial şəbəkə paylaşımında “Ebru Gündeşin keçmiş əri Murat Özdemir həbs olunub” məlumatını yayıb.
Paylaşımda Özdemirin Selahəddin Yılmazın başçılıq etdiyi cinayət dəstəsinə üzv olmaq ittihamı ilə həbs edildiyi irəli sürülüb. Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.
