İndoneziyanın Sulavesi adasında aşkar edilmiş dişi torlu piton rəsmi olaraq ən böyük vəhşi ilan üzrə dünya rekordçusu kimi tanınıb.
Medianews.az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının veb saytı məlumat yayıb.
İbu Baron (Baronessa) ləqəbli nəhəng sürünənin uzunluğu 7,22 metrdir. Bu da standart futbol qapısının eni ilə müqayisə edilə bilər. Mütəxəssislər qeyd edib ki, tam rahatlandıqdan və anesteziya edildikdən sonra bu ilan daha 10 faiz uzun ola bilər. Lakin bu cür ölçmələr etik səbəblərdən aparılmayıb.
Pitonun çəkisi 96,5 kiloqramdır. Bu da yetkin nəhəng panda ilə müqayisə edilə bilər.
Heyvanı yerli sakinlərdən satın alan Budi Purwanto adlı sürünən həvəskarı xilas edib.
İndoneziyada iri pitonlar tez-tez mal-qara və insanlar üçün təhlükə yaratdıqları üçün öldürülür və brakonyerlərin qurbanı olurlar.
Medianews.az