Medianews.az
Dünyada ən yaxşı pişikləri
60 baxış

Dünyada ən yaxşı pişikləri bu ölkədədir

Rusiyadan olan üç pişik cinsi dünyanın ən yaxşı yaşlı pişikləri kimi tanınıb.

Medianews.az xəbər verir ki, 2025-ci il reytinqləri Dünya pişik federasiyasının saytında dərc edilib.

Qeyd olunur ki, ənənəvi olaraq səkkiz yaşdan yuxarı pişiklərin daxil olduğu veteran sinfində ilk üç yeri Rusiyadan olan heyvanlar tutub. Bu pişiklər Kuril bobtail pişiyi, Sibir pişiyi və britaniyalı qısa tüklü pişikləri olub.

"Veteranlar" kateqoriyasında cəmi 136 pişik yarışıb. Hazırda bu ilki ilkin reytinqdə yalnız yeddi nümayəndə var və hamısı Rusiyadandır.

Medianews.az

Bizə qoşulun