Yüngül çəki dərəcəsində keçmiş UFC çempionu Həbib Nurməhəmmədov qlobal miqyaslı ulduzların onun vətəninə böyük maraq göstərdiyini açıqlayıb. Təcrübəli idmançı Zlatan İbrahimoviç və Antonio Rüdiger kimi məşhur futbolçuların Dağıstana səfər etmək istədiklərini bildirib. Hətta isveçli hücumçu övladlarını da bu Qafqaz respublikasına gətirməyi planlaşdırır.
Medianews.az xəbər verir ki, əfsanəvi döyüşçü bu barədə "Gorilla Fighting" layihəsinə müsahibəsində danışıb. O, yeni idman bazasının inşası gələn il başa çatdıqdan sonra əcnəbi qonaqları qəbul edəcəyini vurğulayıb. Həbibin sözlərinə görə, turistləri bölgənin füsunkar təbiəti, ovçuluq ənənələri və zəngin döyüş sənəti mədəniyyəti dərindən cəlb edir.