Məşhur müğənni Dua Lipa növbəti dəfə geyimi ilə gündəmə gəlib.
Medianews.az Publika.az-a istinadla xəbər verir ki, o, nişanlısı aktyor Kallum Terner ilə ictimaiyyət qarşısına çıxarkən qəribə geyimi ilə diqqət çəkib. Məşhurun fotoları "Daily Mail" saytında dərc olunub.
Dua Lipa və Kallum Terner Berlin Beynəlxalq Film Festivalında iştirak ediblər. Müğənni qırmızı xalçada qara, iç geyimi göstərən şəffaf donla gəzib. Onun böyük brilyant boyunbağı da diqqət çəkib. Kallum Terner isə sadə geyimdə- ağ köynək və qalstuk, qəhvəyi kostyum ilə ayaqqabıda fotoqraflar üçün poza verib.





