Medianews.az
Dronla daşınan donuz kəndi
49 baxış

Dronla daşınan donuz kəndi işıqsız qoydu

Çinin Siçuan əyalətində fermerin dronla diri donuz daşımaq cəhdi kənddə 10 saatlıq elektrik kəsilməsinə səbəb olub. 

Medianews.az xəbər verir ki, hadisə Tonqjiang dairəsində baş verib.

Donuzu daşıyan dron yüksək gərginlikli xətlərə ilişib, nəticədə qısaqapanma yaranıb və bütün kənd işıqsız qalıb. 

Polis fermerin dronu qadağan olunmuş ərazidə idarə etdiyini bildirib, faktla bağlı araşdırma aparılır. Xətlərin təmiri təxminən 10 min yuan zərər yaradıb.

Medianews.az 

Bizə qoşulun