Medianews.az
DİM-dən buraxılış imtahanlarının vaxtı ilə bağlı yayılan
57 baxış

DİM-dən buraxılış imtahanlarının vaxtı ilə bağlı yayılan xəbərlərə münasibət

Sosial media platformalarında buraxılış imtahanları ilə bağlı məlumat əks etdirən poster DİM-in əvvəlki illərə aid, köhnə posterlərindəndir.

Medianews.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan tarixləri məlum olanda Dövlət İmtahan Mərkəzi elan edir.

“DİM-in sosial şəbəkə hesablarında və saytında bununla bağlı rəsmi məlumat paylaşılır”, məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial mediada, qrup və səhifələrdə buraxılış imtahanlarının tarixlərini əks etdirən DİM loqolu poster yayılıb.

Bizə qoşulun