Medianews.az
Deputatdan minimum əməkhaqqı ilə bağlı
421 baxış

Deputatdan minimum əməkhaqqı ilə bağlı TƏFKLİF

"Bu il özəl sektorda əməkhaqqı ilə bağlı güzəşt müddəti başa çatıb və növbəti ildən özəl sektorda çalışan vətəndaşların (2500 manata qədər maaş alan) əməkhaqqılarından üç faiz vergi hesablanacaq. Həm dövlət, həm də özəl sektorda gəlir vergi hesablanan zaman 200 manat azaldılır. Yəni əgər özəl sektorda çalışan vətəndaşımızın əməkhaqqısı 1 000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır, qalan 800 manat üç faiz vergiyə cəlb olunur. Yəni 24 manat vergi hesablanır".

Oxu.Az-ın məlumatına görə, bunu parlamentin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bu, ciddi izafi xərc yaratmadığı üçün həmin xərclərin sahibkarlar tərəfindən maaş artımlarına gedilərək kompensasiya edilməsi də mümkündür. Mərhələli yumşaq keçid biznesin bu mexanizmə hazır olmasına imkan yaradacaq:

"Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq, oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda bunun tətbiqi sosial təminat baxımdan da yaxşı olar. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqqılarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik.

Həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Belə ki, vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat olsa, bu da birbaşa maaşlara təsir göstərəcək. Yəni bu halda 2 500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər".

Bizə qoşulun