Krımda Simferopol sakini doqquz yaşlı oğlunu yemək istədiyi üçün boğub öldürüb.
Medianews.az xəbər verir ki, qonşular qadının son vaxtlar xeyli dəyişdiyini və arıqladığını bildiriblər.
Eyni zamanda oğlanın yaxşı oxuduğunu qeyd ediblər.
Yerli sakinlər bildiriblər ki, qadın, bir müddət əvvəl sevgilisinə zəng edərək oğlandan şikayət edib və onu öldürməklə hədələyib. Daha sonra uşaq ögey atasına zəng edib və kömək istəyib. Ögey ata evə gələndə oğlan artıq həyatda deyildi. Uşağın anası səhhətini yoxlamaq məqsədi ilə uşağa çəngəllə toxunurmuş.
Məlumata görə, qadın hadisədən bir müddət əvvəl psixiatriya xəstəxanasından evə buraxılıb. İndi yenidən xəstəxanaya yerləşdirilib.
Medianews.az