Rusiyada “Cherry Tiggo” markalı yanmış avtomobildə kişi meyiti tapılıb.
Medianews.az xəbər verir ki, hadisə Moskvanın cənub-qərb hissəsində baş verib.
Kişi, yanğın söndürüldükdən sonra avtomobilin arxa oturacağında, huşsuz vəziyyətdə aşkar edilib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Yanğının səbəbi hələ araşdırılır.
Medianews.az