Medianews.az
Çində mikroavtobus yük maşını ilə toqquşub,
60 baxış

Çində mikroavtobus yük maşını ilə toqquşub, 13 nəfər ölüb

Çində mikroavtobusla yük maşınının toqquşması nəticəsində xeyli insan ölüb.

Bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb:

"Çinin mərkəzində yerləşən Xenan əyalətinin sürətli avtomaqistral hissəsində mayın 28-də səhər tezdən normadan artıq insan mindirilmiş sərnişin mikroavtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 13 nəfər həlak olub, 3 nəfər isə yaralanıb".

Bildirilib ki, qəzaya uğrayan doqquz nəfərlik sərnişin mikroavtobusunda 16 nəfər adam olub. Yol-nəqliyyat hadisəsindən sonra ÇXR-in İctimai Təhlükəsizlik Nazirliyi hadisə yerinə işçi qrupu göndərib./oxu.az

Bizə qoşulun