UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə liqa mərhələsi finişə yaxınlaşıb.
Medianews.az bildirir ki, Azərbaycan təmsilçisi “Qarabağ” 10 xalla 18-ci pillədədir. Yanvarın 28-nə təyin olunmuş son turda “Qarabağ” İngiltərədə “Liverpul” komandası ilə görüşəcək.
Reqlamentə görə, 36 komandalıq yarışda ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxır. Xallar bərabər olanda ardıcıllıqla bu meyarlar əsas götürülür: top fərqi, qol sayı, səfərdə qol sayı, qələbə sayı, rəqib meydanında qələbə sayı, komandanın raunddakı rəqiblərinin göstəriciləri (xal, top fərqi, qol sayı), cəza balı (sarı və qırmızı vərəqələr), komandanın reytinqi.
Hazırda 15 komandanın liqa mərhələsini dəf etdiyi dəqiqləşib.
1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.
Toğrul Əli,
Medianews.az