Medianews.az
Bülənt Ərsoyun milyonluq üzükləri gündəm oldu -
80 baxış

Bülənt Ərsoyun milyonluq üzükləri gündəm oldu - FOTO

Türk musiqisinin “Divası” kimi tanınan Bülent Ersoy yenidən dəbdəbəli tərzi ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, səhnə geyimləri və milyonluq zərgərlik kolleksiyası ilə tez-tez diqqət çəkən sənətçi bu dəfə sosial mediada paylaşdığı yeni fotoları ilə müzakirələrə səbəb olub.

Qara tonların üstünlük təşkil etdiyi zərif geyimdə kamera qarşısına keçən Bülent Ersoyun ən çox diqqət çəkən detalı isə taxdığı bahalı aksesuarlar olub. Sənətçinin barmaqlarındakı iri brilyant və zümrüd üzüklər, həmçinin dəbdəbəli saatı sosial media istifadəçilərinin marağına səbəb olub.

İkonik gün eynəyi və tünd çəhrayı dodaq boyası ilə obrazını tamamlayan Diva özünəməxsus stilini bir daha nümayiş etdirib.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər qısa zamanda çoxsaylı şərhlər toplayıb. İzləyicilərdən bəziləri “Diva yenə dəbdəbəsindən vaz keçmir”, “Zərifliyin adı Bülent Ersoydur” və “Barmaqlarında sərvət daşıyır” kimi fikirlər səsləndiriblər.

Xüsusilə sənətçinin yaşıl daşlı üzüyü diqqət çəkib. Bir sosial media istifadəçisi “Bülent xanım, o yaşıl üzüyü mənə versəydiniz bütün problemlərim həll olardı” şərhi ilə gündəm olub.

Bülent Ersoyun paylaşımı qısa müddətdə maqazin dünyasının ən çox danışılan mövzularından birinə çevrilib.

Bizə qoşulun