Diyetoloq Luis Miralyesin sözlərinə görə, yağ sürtülmüş tost, kolbasa və qəhvədən ibarət səhər yeməyi günə başlamaq üçün ən uğursuz seçimlərdən biridir.
Medianews.az-ın məlumatına görə, mütəxəssis bildirib ki, bu cür qidalar orqanizmə ilk növbədə ultra-emal olunmuş məhsullar və rafinə edilmiş un təqdim edir. Bu da sağlamlığa mənfi təsir göstərə bilər.
Həkimin sözlərinə görə, belə səhər yeməyi qısa müddətdə yenidən aclıq hissi yaradır, qanda insulin səviyyəsinin kəskin artmasına səbəb olur və narahatlığı gücləndirə bilər. Bundan əlavə, gün ərzində köp və həzm narahatlıqları müşahidə oluna bilər.
Miralyes vurğulayıb ki, bu qidaların müntəzəm istehlakı uzunmüddətli perspektivdə maddələr mübadiləsi və hormonal balansla bağlı problemlərin yaranma riskini artırır.
Medianews.az