Astroloqların fikrincə, bəzi aylarda doğulan insanlar münaqişələrdən uzaq durmağa və daxili sakitliyi qorumağa daha meyilli olurlar.
Medianews.az xəbər verir ki, məlumata görə, yanvar ayında doğulanlar emosiyalar əvəzinə məntiqə üstünlük verir, problemləri sakit şəkildə həll etməyə çalışırlar.
Aprel ayında doğulanlar isə açıq və dürüst olsalar da, gərginliyi uzatmağı sevmir, məsələləri tez həll etməyə üstünlük verirlər.
Avqustda doğulanlar özünəinamlı olduqları üçün lazımsız mübahisələrə qoşulmurlar və toksik münasibətlərdən uzaq dururlar. Noyabr ayında doğulanlar isə ətraflarını diqqətlə seçir, enerjilərini alan insan və situasiyalardan asanlıqla uzaqlaşırlar.
Astrologiya bu xüsusiyyətləri həmin aylarda doğulan insanlara aid etsə də, mütəxəssislər xarakterin formalaşmasında tərbiyə, mühit və fərdi xüsusiyyətlərin daha böyük rol oynadığını vurğulayırlar.
Medianews.az