Hindistanda son aylarda ən azı 24 uşaq öskürək siropundan ölüb.
Medianews.az xəbər verir ki, bu barədə Tamil Nadudakı sağlamlıq və dərman təhlükəsizliyindən məlumat verilib.
Onlar bildirib ki, “Coldrif” öskürək siropunu hazırlamaq üçün istifadə edilən həlledici, zəhərli kimyəvi maddə ilə çirklənmiş ola bilər.
Hindistan rəsmiləri araşdırmaya başlayıb.
"Coldrif" siropunun tanınmış sənaye toksini, dietilen qlikol (DEG) ilə güclü şəkildə çirkləndiyi vurğulanır. Hazırda hüquq-mühafizə orqanları bu maddənin həllediciyə necə daxil olduğunu müəyyənləşdirir.
Medianews.az