Rumıniyanın baş nazirinin partiyasından olan bir neçə üzv ölkədə fahişəliyin leqallaşdırılmasını istədiklərini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə yerli "Telex" nəşri məlumat yayıb.
Bildirilib ki, müvafiq qanun layihəsi Rumıniya hökumət koalisiyasının üzvü İon İordake tərəfindən müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, bu cür təşəbbüs Rumıniya cəmiyyətinin müəyyən hissəsi tərəfindən dəstəklənsə də, indiyədək bu istiqamətdə konkret addımlar atılmayıb.
İordakenin sözlərinə görə, məqsəd seksual fəaliyyətin tənzimlənməsi, lisenziyalaşdırılması və nəzarət altına alınmasıdır”
“Rumıniyada bu fəaliyyət mövcuddur, lakin "qara zona"da - sanitariya nəzarəti və hüquqi müdafiə olmadan, insan alveri şəbəkələrinin təsiri altında. Mən tənzimləməni ikiüzlülükdən üstün tuturam”, - deyə o bildirib.
Siyasətçinin fikrincə, sağlamlığın qorunması və köləliklə mübarizə ikinci dərəcəli məsələ ola bilməz. O əlavə edib ki, dövlət bu sahəni tənzimləməli, tibbi müayinələri təmin etməli və insan alverinə görə cəzaları sərtləşdirməlidir.