Medianews.az
Bu cərimələr silinə bilər -
66 baxış

Bu cərimələr silinə bilər - VƏKİLDƏN açıqlama

Vəkil Şirəli Pirəliyev: “Karantin cərimələri müəyyən hallarda silinə bilər”

Pandemiya dövründə tətbiq edilən karantin qaydalarının pozulmasına görə yazılmış cərimələrin taleyi ilə bağlı hüquqi mexanizmlər mövcuddur.

Medianews.az bildirir ki, bu barədə Oxu24.com-a açıqlamasında vəkil Şirəli Pirəliyev məlumat verib.

Onun sözlərinə görə, məsələ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi-nin 146.1.1-ci maddəsi ilə tənzimlənir.

Həmin normaya əsasən, inzibati cərimə tətbiq edilməsi barədə qərar qüvvəyə mindiyi gündən etibarən 5 il müddətində icra olunmazsa, artıq icraya yönəldilə bilməz.

Vəkil qeyd edib ki, 2020-ci ildə ölkədə tətbiq edilən karantin rejimi çərçivəsində – xüsusilə tibbi maskadan istifadə qaydalarının pozulmasına görə – bir sıra şəxslər barəsində inzibati cərimə qərarları çıxarılıb.

“Əgər həmin qərarların icrası 5 il müddətində həyata keçirilməyibsə, vətəndaş bu əsasla məhkəməyə müraciət edərək cərimənin silinməsini tələb edə bilər”, – deyə vəkil bildirib.

Beləliklə, qanunvericiliyə görə, müəyyən müddət keçdikdən sonra icra olunmamış karantin cərimələrinin ləğvi üçün hüquqi imkan mövcuddur.

Bizə qoşulun