Medianews.az
Böyük Britaniya Hörmüz boğazına
51 baxış

Böyük Britaniya Hörmüz boğazına esmines göndərdi

Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyada "HMS Dragon" esminesinin iştirakını təmin etməyə hazırdır.

Medianews.az Oxu24.com-a istinadla xəbər verir ki, bu barədə "Sky News" kanalı Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

Martın 10-da HMS Dragon esminesi İngiltərənin Portsmut şəhərindən yola düşərək Akrotiridəki Britaniya aviabazasının təhlükəsizliyini gücləndirmək üçün Şərqi Aralıq dənizinə yola düşüb.

Martın 2-də bu bazaya dron hücumu nəticəsində ziyan dəyib. Britaniya hakimiyyət orqanlarının məlumatına görə, dron Livan və ya İraqdan buraxılıb. HMS Dragon gəmisi Şərqi Aralıq dənizinə martın 23-də çatıb.

"Sky News"un məlumatına görə, gəmi hazırda Şərqi Aralıq dənizindən Yaxın Şərqə istiqamətini dəyişir. Britaniya Müdafiə Nazirliyi qeyd edib ki, Hörmüz boğazında mümkün missiyada iştirak tamamilə müdafiə xarakteri daşıyacaq və ticarət gəmiləri üçün bu marşrutdan tranzit təhlükəsizliyinə inamı artırmağa yönələcək.Bakupost.az

Bizə qoşulun