Avropanın aparıcı milli futbol çempionatları qısa fasiləyə çıxıb.
Medianews.az bildirir ki, İngiltərə çempionatında “Arsenal” 26 xalla liderdir. “Mançester Siti” 22, “Çelsi” 20, “Sanderlend” 19, “Tottenhem”, “Aston Villa”, “Mançester Yunayted”, “Liverpul” və “Bornmut” 18 xal əldə edib.
İspaniya çempionatında “Real” önə çıxıb: 31 xal. “Barselona” 28, “Vilyarreal” 26, “Atletiko” 25, “Betis” 20 xal götürüb.
İtaliya çempionatında İnter” və “Roma” 24, “Milan” və “Napoli” 22, “Bolonya” 21, “Yuventus” 19 xal yığıb.
Almaniya çempionatında “Bavariya” 28, “Leypsiq” 22, “Borussiya” (Dortmund) və “Ştutqart” 21, “Bayer” 20, “Hoffenhaym” 19 xal qazanıb.
Fransa çempionatında PSJ 27, “Marsel” və “Lans” 25, “Strasburq” 22, “Lill”, “Monako” və “Lion” 20 xal toplayıb.
Medianews.az