Bolqarıstan Prezidenti Rumen Radev ölkənin Konstitusiya Məhkəməsinə istefa ərizəsi verib.
"Report" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.
Konstitusiya hakimlərin qərar verməli olduğu vaxt çərçivəsini müəyyən etmir.
R.Radev 2017-ci il yanvarın 22-dən bu vəzifəni tutur.
O, ötən gün növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.