Medianews.az
"Biz artıq gülüş obyekti deyilik" -
204 baxış

"Biz artıq gülüş obyekti deyilik" - ABŞ Prezidenti

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floreslə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, Maduro və xanımı hazırda ABŞ xüsusi təyinatlı qüvvələrinin nəzarətindədir və hərbi gəmi ilə Nyu-Yorka aparılır.

ABŞ prezidenti bu əməliyyatı əvvəlki illərdə baş verən uğursuzluqlarla müqayisə edərək xüsusilə Əfqanıstan nümunəsinə toxunub. Onun sözlərinə görə, Vaşinqton artıq beynəlxalq aləmdə “gülüş obyektinə” çevrilmiş ölkə deyil.

“Bunu Əfqanıstanla müqayisə edin. Orada biz bütün dünyanın gülüş obyektinə çevrilmişdik. İndi isə belə deyil. Biz artıq gülüş obyekti deyilik. Dünyanın ən güclü ordusu bizdədir - birmənalı şəkildə. Dünyanın ən güclü hərbi texnikası da bizə məxsusdur”, - deyə Tramp vurğulayıb.

Bizə qoşulun