Biləsuvarda baş verən qəzada ölənlərin kimliyi məlum olub.
Medianews.az Teleqraf-a istinadla xəbər verir ki, qəza nəticəsində 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və onun 2003-cü il təvəllüdlü bacısı Aynur Rüstəmova dünyasını dəyişiblər.
***
19:00
Biləsuvarda baş verən qəzanın təfərrüatları məlum olub.
Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.
Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub. Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.
Qeyd edək ki, hadisəni törədən sürücü Biləsuvar rayon Telekomnukasiya Qovşağının keçmiş rəisi Xalid Rüstəmovun həyat yoldaşı, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəlliməsi Fidan Rüstəmovadır.